Yoncadan geri qalmayan yem bitkisinin əkilmə qaydası

Bu bitkinin mədəni şəkildə 3 növü geniş yayılmışdır.

  • 1. Melyuqa (Malva meluca Graebn.)
  • 2. Qıvrım əmənkömənci (M. crispa L.)
  • 3. Köbəşəkilli əmənkömənci (M.verticillata L.)

Yem məqsədi ilə 2- ci və 3 – cü növü becərilir. Meluca növü Rusiyaya XX əsrin 30-cu illərində gətirilmişdir.

Əvvəllər əmənkömənci bir sıra ölkələrdə dərman, ərzaq və dekorativ bitki kimi becərilirdi. Sonradan onu qaba lif verən texniki bitki kimi becərməyə başladılar. Hektardan 11-18 sen. qaba lif verir. Sonralar isə onu yem bitkisi kimi öyrənməyə baş-ladılar.

Əmənkömənci yüksək yem keyfiyyətinə malikdir.

Biçin vaxtından (fazasından) asılı olaraq tərkibində 18-33% profein olur ki, bu da yoncada və üçyarpaqda olduğundan geri qalmır. Tərkibindəki zülal, amin turşu tərkibinə görə süd zülalı kazeinə yaxındır. Yeminin tərkibi həm də mieral duzlarla və vitaminlərlə zəngin olduğu üçün qiymətlidir.

Əmənkömənci (Malva): 1- bitkinin ümumi
görünüşü, 2- cücərtisi, 3- çiçəkli və yarpaqlı budaq ,
4 – çiçəyi, 5 -meyvəsi, 6 – meyvəcik, 7- toxumu

Yaşıl kütləsi qarışıq silos hazırlamaq üçün maraq doğurur. Tərkibində karbohidratların miqdarı az, zülali maddələrin miqdarı isə çox olduğu üçün təmiz halda pis siloslaşır. Əmənkömənci həmçinin ot unu və quru ot hazırlamağa da yararlıdır. Toxum-larının tərkibində15-20% yağ vardır. Toxumları ilə quşları və do-nuzları yemləmək olur. Hektardan 600-800 sen. yaşıl kütlə məhsulu verə blir. Orta məhsuldarlığı isə 300 – 400 s/ha- dır.
Torpağın 1,5-2,0 m dərinliyinə işləyə bilən güclü mil kök sistemi vardır.
Gövdəsi 2,0 -2,5 m hündürlükdə, qeyri-düzgün dairəvi, düz, şirəli, yerə yatmayan, budaqlanandır.
Yarpaqları iri, ürək formalı, 5-7 dilimli, saplaqlı tüksüz və ya-xud zəif tüklüdür.

İstənilən şəkildə tozlanan bitkidir.

Meyvəsi açıq qozadır. Qozasında 10 ədəd bozumtul rəngli, səthi qırışıqlı, sərt qabıqlı toxum olur. 1000 ədəd toxumunun küt-ləsi 3-4 qr. olur. Toxum qabığının möhkəm olması səbəbindən yalnız iki il saxlandıqdan və ya skarifikasiya edilib əkildikdən sonra normal cücərti verir.

Əmənköməncini cərgəarası 60 sm üsulla səpirlər. Cərgəarasını 45 sm-də götürmək olar. Əmənköməncini yaşıl kütlə almaq üçün 30 sm cərgəarası qoymaqla səpilir. Qarğıdalı və günəbaxanla qarışıq səpinlərdə əmənkömənci iki cərgədən bir səpilir. Təmiz səpinlərdə hektara səpin norması 5-6 kq – dir. Toxumları 2-3 sm dərinliyə basdırılır.

yem bitkisi əmənköməncinin faydaları və əkilmə qaydaları

Cücərtilərin əmələ gəldiyi ilkin dövrlərdə bitkisi yavaş bö-yüyür və qulluq tələb edir. Yaşıl kütləsi silos üçün avqustun axırı və sentyabrın əvvəllərində biçilir.

  • Toxum məqsədi ilə becərildikdə əmənköməncini adi cərgəvi və ya dar cərgəvi üsula becərmək məsləhətdir.
  • Sıx səpinlərdə əmənköməncinin yarpaqları az, toxumları çox olur.
  • Toxumluq sahələr ot biçənlərlə biçilib tökülür, toxumlar tam yetişib-quru-duqdan sonra kombaynla döyülüb təmizlənir.

Müəllif: Hümbətov H. S.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика