Yumurtaların uzun müddətli saxlanması
Biz hamımız müxtəlif ərzaq növlərini istifadə edirik. Lakin çoxu bilmir ki, nə etmək lazımdır ki, bu məhsul öz təzəliyini uzun müddətli saxlasın. Toyuq yumurtalarını xüsusi ilə soyuq mövsümdə necə saxlamaq lazımdır? Biz bunu kiçik bir təcrübə ilə yoxladıq. Necə edə bilərik ki, bu məhsulu daha uzun müddətli saxlamaq mümkün olsun?
Yumurtaları saxlamaq üçün nələr lazımdır?
Yumurtaların uzun müddətli saxlanması üçün bizə ucuz piycik (əridilmiş qoyun piyi və ya toyuq piyi) və ya başka təbii yarısərt qida piyi və toyuq yumurtaları lazım olacaq (Qeyd:Təzə yığılmış məhsulun üstündən yığım tarixi sadə karandaş ilə qeyd olunur).
Götürülmüş toyuq yumurtalarını heç bir halda yumaq və silmək olmaz, çünki onlar təbii qoruyucu lay ilə örtülüb.
Yumurta qabığını hər tərəfdən piy ilə sürtürük və elə yerləşdiririk ki, onlar sınmasın (Məsələn, karton hüceyrələrinin üzərinə). Sonra onları qutuya yaxud, qida konteynerinə yığmaq lazımdır.
Məhz bu proses, məhsulun təzəliyini qorumağa imkan verir. Hesab olunur ki, havasız şəraitdə saxlanan yumurtalar daha çox təzə vəziyyətini qoruyur. Bu üsulla hazırlanan toyuq yumurtalarını soyuducuya yerləşdiririk.
Yumurtaların saxlanma şəraiti
Daha yaxşı olardı ki, qaranlıq otağa yerləşdirilsin. Həmçinin diqqət yetirilməlidir ki, həmin yerdə sərin temperatur mövcud olsun(məsələn döşəməaltı) Və nahayət, toyuq yumurtasının qabığını bal mumu ilə örtürülməsi həmçinin salaxlama müddətini və keyfiyyətini 100 % zəmanət ilə artırır. Mum toyuq yumurtasının qabığında məsamələri doldurur, nazik və etibarlı qoruyucu qat əmələ gətirir.Yumurtalar mumda +5 C0 – +10 C0 dərəcədə 1 (bir) ilə qədər saxlanıla bilər.